Rusiya NATO sərhədini pozdu

Rusiya NATO sərhədini pozdu
  24 Aprel 2014    Oxunub:948
Rusiyaya məxsus iki bombardmançı təyyarə Hollandiyanın hava sərhədlərini pozub. Bununla həm də NATO sərhədini pozmuş olub.
Bu həyəcanlı anlarla əlaqədar Hollandiya müdafiə strukturu “Volkel” hərbi bazasından havaya təcili şəkildə iki F-16 qırıcı təyyarəsi qaldırıb. Məqsəd Rusiyanın TU-95 tipli bombardmançısını saxlamaqdı.

Hollandiya Müdafiə Nazirliyinin açıqlamasına görə, rus təyyarələri belə manevrlər etməklə Danimarka və Böyük Britaniyanın hava qüvvələrini izləyirlər.

Xatırladaq ki, Ukrayna hadisələri ilə əlaqədar Hollandiya aprelin 10-da NATO təlimləri çərçivəsində Rusiya ilə əməkdaşlığa xitam verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti