YAP-dan Rauf Mirqədirovun həbsinə REAKSİYA

YAP-dan Rauf Mirqədirovun həbsinə REAKSİYA
  23 Aprel 2014    Oxunub:805
“Rauf Mirqədirovun həbsi ilə bağlı Yeni Azərbaycan Partiyasının mövqeyi budur ki, biz istintaqın nəticələrini gözləyirik. İstintaqın da bütün məsələləri aşkarlayacağına əminik”.
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı jurnalist Rauf Mirqədirovun həbsinə münasibət bildirərkən deyib.

O vurğulayıb ki, istintaq yekunlaşmadan bu barədə danışmaq tezdir:

“Hüquq-mühafizə orqanları Rauf Mirqədirova qarşı ittiham irəli sürüblər, onun həbsi barədə açıqlama yayılıb. Biz də istintaqın nəticələrini gözləməliyik. Hesab edirəm ki, bu barədə tələsik fikir söyləmək doğru olmazdı. İstintaq hər bir məsələni araşdırıb cəmiyyətə çatdıracaq. Mətbuatda açıqlamalar verməyə başlayıblar ki, belə ola bilməz. Biz dövlətimizin gücünü hər zaman qorumalıyıq. Əgər bu məsələdə istintaq orqanları müəyyən açıqlama veribsə, buna uyğun olaraq cəmiyyət məlumatlandırılacaq. Ona görə də bu dəqiqə bu barədə nəsə demək məncə məntiqli deyil”.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov ermənilərlə iş birliyində ittiham olaraq barəsində cinayıt işi açılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti