Yerə 26 atom bombası gücündə asteroid düşüb

Yerə 26 atom bombası gücündə asteroid düşüb
  23 Aprel 2014    Oxunub:1658
ABŞ alimləri 2000-ci ildən bu yana yer kürəsinə 26 böyük asteroid düşdüyünü bildirib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin asteroidlərin hər biri böyük şəhəri məhv edəcək gücdə olub.
Həmin asteroidlərin nüvə silahının dağıdıcı gücünə malik olduğu bildirilir.

Hesablamalara görə, onların toqquşma gücü 1 ilə 600 kiloton arasında dəyişib. Xatırladaq ki, 6 avqustda Xirosimaya atılan atom bombasının gücü isə 15 kiliton olub və 40 min insan həyatını itirib.

Dünyanın müxtəlif yerlərində 269 təsisi olan İMS yer altında , yer üstündə, atmosferdə meydana gələn nüvə partlayışlarını qeydə ala bilir.

Həmin asteroidlərin çoxu atmosferdə partlayıb və yer kürəsinə çatana kimi varlıqları müəyyən edilməyib.

Sonuncu dəfə ötən il Rusiyanın Çelyabinsk şəhərinə asteroid düşüb. Həmin vaxt minlərlə bina zərər görüb və çoxlu insan yaralanıb. Həmin asteroid 600 kiliton gücündə olub.

NASA astronomları bir milyon təhlükəli asteroiddən 10 mindən azının bir şəhəri yerlə yeksan etmək gücündə olduğunu müəyyənləşdirib. Onların bildirdiyinə görə, asteroidlərin hansısa şəhərə düşməsi zamanı böyük bir fəlakətdən yalnız şans nəticəsində qurtulmaq mümkündür.

Emin Piri



Teqlər:  





Xəbər lenti