Prezidentlərin görüşü gözlənilir
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Səfir qeyd edib ki, bu görüş həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər.
R.Morninqstar ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi aktiv olduğunu söyləyib: "Hesab edirəm ki, münaqişənin həll edilməsi naminə konkret addımların müzakirəsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm görüşü çox vacibdir".