Səudiyyədən təhlükəli virus yayılır

Səudiyyədən təhlükəli virus  yayılır
  22 Aprel 2014    Oxunub:1400
Səudiyyə Ərəbistanında son 6 gündə MERS epidemiyasına yoluxanların sayı 49-a çatıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq 7 nəfər bu xəstəlikdən dünyasını dəyişib. İlk dəfə 2012-cü ilin sentyabrında aşkralanan virus Səudiyyə Ərəbistan olmaqla bəzi Orta Şərq ölkələrini də əhatə edir.

Xəstəlik ağciyərin və bağırsaqların fəaliyyətini pozur, immunitet sistemini çökdürür. Virus uzun müddət yaxın ünsiyyətdə olan insanlara yoluxa bilir.

Epidemiyaya qarşı hələ ki, heç bir qoruyucu iynə və antbiotik tapılmayıb.

Səudiyyə rəsmiləri bu ilin sentyabr ayında baş tutacaq Həcc ziyarəti ilə bağlı zəvvarlara xəbərdarlıq edərək onları ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, bu il Azərbaycanlı zəvvarların Həcc səfəri sentyabrın 23-dən başlayacaq. Builki ziyarət üçün Azərbaycana kvota 3600 nəfər müəyyənləşdirilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti