AYB-nin qurultayının vaxtı və yeri dəqiqləşdi

AYB-nin qurultayının vaxtı və yeri dəqiqləşdi
  21 Aprel 2014    Oxunub:1209
Aprel ayının 21-də Azərbaycan Yazıçılar Birliyində Katibliyin növbəti toplantısı keçirilib.
AYB-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub.

Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin.

Qeyd edək ki, yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət eiləcək.
Beləliklə Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyun ayının 17-də Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə iyun ayının 18-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.


Teqlər:  





Xəbər lenti