ABŞ-ın Rusiyaya təyin etdiyi `arzuolunmaz` səfir

ABŞ-ın Rusiyaya təyin etdiyi `arzuolunmaz` səfir
  21 Aprel 2014    Oxunub:1292
ABŞ-ın Ukraynadakı sabiq səfiri Rusiya göndərilir
Barak Obama Administrasiyası Rusiyaya göndərəcəyi yeni səfiri müəyyənləşdirilib. AzVision.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra ABŞ-ın Rusiyadakı maraqlarını Con Teft qoruyacaq.

Con Teft, 2009-cu ilin noyabr ayından 2013-cü ilin iyul ayına qədər ABŞ-ın Ukraynadakı səlahiyyətli səfiri olub. Bundan əvvəl isə Litva və Gürcüstanda səfir vəzifəsində çalışıb.

Qeyd edək ki, AĞ Evdə Moskva səfirliyi üzrə seçkilər hələ cari ilin əvvəlindən, Soçidə Olimpiada oyunları bitəndən dərhal sonra Maykl Makfol istefa etmək niyyətini açıqlayandan sonra başlamışdı.

Məlum olduğu kimi, bu post uğrunda 4namizəd – keçmiş Ukrayna səfiri Con Teft, ABŞ Dövlət departamentinin enerji məsələləri üzrə xüsusi təmsilçisi Karlos Paskual, Burkinq istiotunun silahlara nəzarət mərkəzinin rəhbəri Stiven Payfer, eləcə də nüvə silahının yayılması əleyhinə olan qabaqcıl mütəxəssislərdən biri Rouz Qotemeler mübarizə aparırdı. Favorit isə məhz sonuncu diplomat hesab olunurdu. Digər 3 namizəd Teft, PAskual və Payfer müxtəlif dövrlərdə ABŞ-ın Ukraynadakı səfiri olduqlarınddan, onların Rusiyaya səfir təyin olunması Moskva ilə münasibətlərə mənfi təsir edə bilər deyə, namizədliklərinə baxılması təxirə salınmışdı.

Onu da qeyd edək ki, Rouz Qotmeler Vaşinqtonda Moskva ilə əlaqələrin möhkəmləndirilməsinin azsaylı tərəfdarlarından hesab olunur.

Yeni səfir Con Teft isə çox sərt və kompromisə getməyən diplomat kimi tanınır. O, dəfələrlə rəsmi Moskvanın yürütdüyü siyasəti tənqid edib. ABŞ –ın onu Moskvaya düşünülmüş səkildə səfir təyin etdiyi bildirilir. Həmçinin onun təyinatı ABŞ Administrasiyasının Rusiyanı təcrid kursunun davamı kimi qəbul olunur.

Ekspertlərin fikrincə bu təyinat Kremlə birbaşa siqnaldır. “ Ağ Ev Rusiya barəsində xarici siyasətini tam olaraq müəyyənləşdirib. Belə ki, iki ölkə arasındakı münasibətlərdə bundan sonra heç bir yenilik gözlənilmir. Əksinə qarşıdakı iki il yarım ərzində Obama Administrasiyası rəsmi Moskva ilə əməkdaşlığı minimuma endirməyə çalışacaq”-deyə Dövlət departamentindən olan diplomatik mənbələr bildirilər.

AzVision.az



Teqlər:  





Xəbər lenti