Ukrayna prezidenti xalqa müraciət etdi

Ukrayna prezidenti xalqa müraciət etdi
  20 Aprel 2014    Oxunub:795
Ukrayna prezidenti səlahiyyətlərini müvəqqəti olaraq icra edən Oleksandr Turçinov Pasxa bayramı münasibətilə televiziya vasitəsilə xalqa müraciət edib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Turçinov müraciətində Ukrayna xalqını qəlbini «inam və işıq»la doldurmağa çağırıb, Tanrıdan "Ukraynaya sülh bəxş etməyi" istədiyini bildirib.

"Biz çətin bir dövr yaşayırıq, Ukrayna xalqı özünün azadlıq arzusunu, ədalət və həqiqi mənəvi dəyərlərin bərqərar olması istəyini dilə gətirir. Diriliş günü iman və sevginin qeyd edildiyi bir gündür. Hər şeyə qalib gəlməyə qadir olan sevginin günüdür. Buna görə də Pasxa bizə sevinc və yaxşı gələcəyə ümid gətirir. Tanrı Ukraynaya sülh bəxş etsin. Qəlblərimiz iman və işıqla dolsun. Tanrı sizi qorusun. İsa dirildi! Həqiqətən də dirildi!" - Oleksandr Turçinov belə deyib.


Teqlər:





Xəbər lenti