Nazirin qardaşı yol qəzasında həlak oldu

Nazirin qardaşı yol qəzasında həlak oldu
  20 Aprel 2014    Oxunub:1109
Bu gün Naxçıvan Muxtar Respulikasının Şərur rayonunun Pusyan kəndində avtomobil qəzası baş verib.

AzVision.az Axar.az-a istinadən xəbər verir ki, qəza nəticəsində Abbas Əhmədov hadisə yerində həlak olub. Onunla birlikdə Sərhəd Qoşunlarının Şərur zastavalarının rəhbəri də ölüb.

Məlumata görə, Abbas Əhmədov toy məclisindən qayıdırmış.

Qeyd edək ki, Abbas Əhmədov Naxçıvan Daxili İşlər naziri Əhməd Əhmədovun qardaşıdır. Hazırda təqaüddə olan A.Əhmədov fermer təsərrüfatı ilə məşğul imiş.
Allah rəhmət eləsin!


Teqlər:  





Xəbər lenti