Ukrayna rusları Rusiyaya birləşmənin əleyhinədirlər – SORĞU

Ukrayna rusları Rusiyaya birləşmənin əleyhinədirlər – SORĞU
  20 Aprel 2014    Oxunub:957
Cənub-şərqi Ukrayna əhalisinin 70 %-i öz vilayətlərinin ayrılaraq, Rusiyaya birləşdirilməsinin əleyhinədir.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bunu ZN.UA-nın sifarişi ilə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğu müəyyən edib.

Respondentlərin 15,4 %-i Rusiyaya birləşmənin tərəfdarıdır, 12,5 % tərəddüd edib.

Birləşmə əleyhdarları ən çox Nikolayev vilayətində qeydə alınıb - 85,4 %.

Xerson vilayətində bu rəqəm 84,6%, Dnepropetrovsk vilayətində 84,1 % olub.

Xarkov vilayəti üzrə 65,6 %, Donetsk vilayəti üzrə 52,2 %, Luqansk vilayəti üzrə isə əhalinin 51, 9 %-i birləşmənin əleyhinə çıxıb.

“Rusiya ilə Ukraynanın münasibətlərini necə görmək istərdiniz” sualına rəyi soruşulanların 74,5 % iki ölkəni müstəqil, dost kimi və sərhədləri açıq (vizasız) görmək arzusunda olduqlarını bildiriblər.



Teqlər:  





Xəbər lenti