Putin NATO rəhbəri barədə: `Görək necə olacaq...`

Putin NATO rəhbəri barədə: `Görək necə olacaq...`
  19 Aprel 2014    Oxunub:1203
Putin yeni NATO rəhbərini məsuliyyətli insan hesab edir
Rusiya Federasiyasının prezidenti Vladimir Putin, NATO-nun yeni təyin olunmuş baş katibi Yens Stoltenberqi ciddi və məsuliyyətli adam adlandırıb. O, bildirib ki, Stoltenberqlə yaxşı münasibətləri var.

Putinin sözlərinə görə, sələfi Anders Foq Rasmussendən fərqli olaraq o, görüş zamanı gizli səs yazmayıb: “Bizim şəxsi münasibətlərimiz də yaxşıdır. O, çox ciddi, məsuliyyətli adamdır. Görək yeni vəzifəsinin icrasına başlayandan sonra münasibətlər necə formalaşacaq?!” – deyə, Putin “Şənbə günü xəbərlər” proqramının aparıcısı Serqey Brilyevlə müsahibəsi zamanı bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti