Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı - FOTOLAR

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı - FOTOLAR
  19 Aprel 2014    Oxunub:949
Aprelin 19-da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda elan olunan jurnalist yazıları müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və media qurumlarının rəhbərləri iştirak edib.

Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib. Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Ümumilikdə, 25 nəfər olmaqla hər istiqamət üzrə qaliblər və həvəsləndirici yerlərin sahibləri müəyyənləşdirilib.

Mərasimdə qaliblərə diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin məqsədi ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində əsas strateji istiqamət və hədəflərinin məzmun və mahiyyətinin KİV vasitəsilə Azərbaycan cəmiyyətinə vaxtında və düzgün çatdırılmasına nail olmaqdan, media qurumlarının ictimaiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarət olub.

Qeyd edək ki, müsabiqədə AzVision.az saytının əməkdaşı Sevinc İltifatqızı qalib seçilib və Nazirliyin diplomu ilə mükafatlandırılıb.













Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti