`Jirinovski ilə azərbaycanlı siyasətçinin debatı mümkündür`

`Jirinovski ilə azərbaycanlı siyasətçinin debatı mümkündür`
  18 Aprel 2014    Oxunub:766
«Rusiya telekanallarının birində Vladimir Jirinovski ilə azərbaycanlı siyasətçilərin teledebatının təşkil olunması mümkündür”.
Bunu “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü Söyün Sadıqov bildirib.

Onun sözlərinə görə, bununla bağlı efir üçün lazım olan məbləğin ödənməsini təşkil edə bilər.

“Amma debata siyasi sambalı olan azərbaycanlı siyasətçiləri çağırmaq lazımdır”-deyə S.Sadıqov vurğulayıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl ASDP sədri Araz Əlizadə Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ilə teledebata hazır olduğunu bəyan edib.

“Mən onun bütün arqumentlərini dağıtmağa hazıram. Əgər oliqarxlar Rusiya efirində belə bir debatı təşkil etsələr, Jirinovskiyə necə səhv etdiyini başa salacağam”-deyə A.Əlizadə bildirmişdi. / Modern.az


Teqlər:





Xəbər lenti