MTRŞ “Space” TV ilə bağlı iclas keçirəcək

MTRŞ “Space” TV ilə bağlı iclas keçirəcək
  18 Aprel 2014    Oxunub:946
Bu gün Milli Televiziya və Radio Şurasında Xəzər televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün Prezidentin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq yaradılmış Bədii Şuranın üzvləri ilə görüş keçirilib.
Qurumdan AzVision.az-a daxil olan məlumata görə, Bədii Şuranın üzvləri Xəzər televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün görülən işlər barədə ətraflı məlumat verib. Bədii Şuranın üzvləri - AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Fəxərddin Veysəlli, Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti Azad Şükürov telekanallarda dil və nitq qabiliyyətinin qorunması üçün müəyyən təkliflər irəli sürüb.

Milli Televiziya və Radio Şurasında növbəti görüş Space televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılan Bədii Şuranın üzvləri ilə keçiriləcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti