İlham Əliyev Koreya xalqına başsağlığı verdi

İlham Əliyev Koreya xalqına başsağlığı verdi
  18 Aprel 2014    Oxunub:1678
Prezident İlham Əliyev Koreyalı həmkarına başsağlığı məktubu göndərib. AzVision.az xəbər verir ki, ölkə başçısı Koreya Respublikasının Prezidenti Pak Kın Heyə göndərdiyi məktubda “Sevol” bərəsində baş verən faciədən kədərləndiyini qeyd edərək Koreya xalqına başsağlığı verib:

-“Sevol” bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.




Teqlər:  





Xəbər lenti