Rusiyalı politoloq: `Putin Qarabağa qoşun yeridə bilər`

Rusiyalı politoloq: `Putin Qarabağa qoşun yeridə bilər`
  18 Aprel 2014    Oxunub:1112
“Exo Moskvı” radiostansiyası “Xüsusi mövqe” proqramında Putinin aprelin 17-də rusiyalılarla canlı yayımdakı ünsiyyətini müzakirəyə çıxarıb. Studiyaya dəvət olunan tanınmış politoloq və siyasi ekspert Stanislav Belkovski deyib ki, Rusiya iqtisadi iflasa doğru gedir və bu təhlükə ancaq bir halda neytrallaşdırıla bilərdi: xarici siyasətdə səs-küylü silsilə qələbələrlə.

- Ancaq bunun üçün dayanmaq lazım deyil və qələbədən qələbəyə getmək lazımdır. Ona görə də mən hesab edirəm ki, Vladimir Vladimiroviç Krımda dayanmayacaq, o, hətta Donbasda və Luqanşinada da dayanmayacaq. Çünki o, heç olmasa bircə il dayansa, o zaman rus xalqının bu qələbələr nəticəsində yaranmış eyforiyası da sönəcək. Deməli, Vladimir Vladimiroviç daim xalqa narkotikin yeni dozasını vurmalıdır, narkotik isə xarici siyasətə növbəti qələbədir. Ona görə də Putin Ukraynanın məsələsini yoluna qoyan kimi belə görünür ki, Ermənistanın Gömrük İttifaqına daxil edilməsinin əvəzi olaraq Dağlıq Qarabağı tanıyacaq,- deyə o, vurğulayıb.

Belkovski daha sonra bildirib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ora hərbi kontingentin yeridilməsi hərbi planda elə də təhlükəli vəzifə deyil: “Çünki aydındır ki, Rusiya Qarabağı tanıyacaqsa və orada hərbi kontingent yerləşdirəcəksə, nə Azərbaycan, nə Türkiyə Dağlıq Qarabağa görə vuruşmayacaq. Üstəlik bu, ikiqat zərbə olacaq, çünki Putin bütün dünyadakı erməni diasporunun, xüsusən də ABŞ-dakı erməni diasporunun dəstəyini alacaq. ABŞ, Kanada, Fransadakı erməni diasporunun dəstəyi xüsusilə mühümdür. Çünki erməni diasporu bu ölkələrdə mühüm siyasi amildir”.

Belkovski hesab edir ki, Putin Qarabağla da dayanmayacaq və daha sonra Baltik dövlətlərinin zəif yerlərini axtarmağa başlayacaq. Onun fikrincə, belə zəif nöqtə Latviyadır və orada əhalinin 30 faizi rusdur. “Əlbəttə, ora “yaşıl adamcıqların” yeridilməsindən, xüsusən də BTR-lərin göndərilməsindən söhbət gedə bilməz. Çünki NATO-nun ərazisidir. Ancaq tamamilə mümkündür ki, hakimiyyəti rusiyapərəst qüvvələr ələ keçirəcək” - deyə ekspert bildirib.

Virtualaz.org


Teqlər:





Xəbər lenti