Hərbi hissədə partlayış: 18 əsgər yaralandı

Hərbi hissədə partlayış: 18 əsgər yaralandı
  18 Aprel 2014    Oxunub:2080
Türkiyədə hərbi hissələrin birində partlayış baş verib, yaralananlar var
Türkiyənin Çanaqqala vilayətində yerləşən hərbi hissələrdən birində partlayış baş verib.

AzVision.az türk mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 18 nəfər yaralanıb. Yaralılar təcili olaraq yaxınlıqdakı hərbi hospitala çatdırılıb.

Xəbər verildiyi kimi, partlayışa tank əleyhinə snaryadla ehtiyatsız davranma səbəb olub.

Səbinə


Teqlər:  





Xəbər lenti