Obama: `Ruslara inanmıram`

Obama: `Ruslara inanmıram`
  18 Aprel 2014    Oxunub:878
Cenevrədə Ukrayna böhranı ilə bağlı 4 tərəfli danışıqlar zamanı əldə edilən razılaşma, bu ölkədə gərginliyin azaldılmasın təklif edir.

ABŞ prezidenti Cenevrə görüşü zamanı Rusiyanın verdiyi vədlər inanmadığını bildirib.

ABŞ prezidenti Barak Obama Ağ Evdə Ukrayna ,ABŞ, Avropa İttifaqı və Rusiyanın xarici işlər nazirlərinin Ukrayna problemi ilə bağlı Cenevrədə keçirilən dördtərəfli danışıqların yekunlarını şərh edib.

“İndi məsələ burasındadır ki, bundan sonra Rusiya, Ukraynada sabitliyin bərpa olunması üçün mövcud səyləri “baltalayacaq”- deyə Obama rusların ölkədə gərginliyin azaldılmasına çalışacağına inanmadığını bildirib.

O əlavə edib ki, Ukryanda böhranın həlli istiqamətində irəliləyiş olmasa, rəsmi Vaşinqton müttəfiqləri ilə birgə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Cenevrə danışıqları zamanı tərəflər qeyd ediblər ki, Ukraynada qanunsuz olaraq zəbt olunmuş Administrasiya binaları mütləq azad olunmalı və qanuni sahiblərinə qaytarılmalıdır.

Tərəflər həmçinin, artıq Ukraynada olan ATƏT müşahidəçilərinin mandatının genişləndirilməsinə qərar veriblər. Bundan sonra ATƏT müşahidəçiləri təkcə 25 mayda keçiriləcək seçkilərə hazırlıqları dəyərləndirməklə məşğul olmayacaq, həm də Ukraynada gərginliyin azaldılmasında hökumətə kömək edəcəklər.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti