Milli Məclis toplanır: 8 məsələyə baxılacaq

Milli Məclis toplanır: 8 məsələyə baxılacaq
  18 Aprel 2014    Oxunub:840
Bu gün parlamentin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasın gündəliyinə 8 məsələ daxil edilib.

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında

2. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

5. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

6. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

7. "Dəniz limanları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi haqqında.(ikinci oxunuş)

8. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi haqqında.(ikinci oxunuş)

Anar


Teqlər:  





Xəbər lenti