Tahir İmanov: `Bakcell` dedi ki, sizə 1 qəpik də vermərəm`

Tahir İmanov: `Bakcell` dedi ki, sizə 1 qəpik də vermərəm`
  17 Aprel 2014    Oxunub:2269
“Planet Parni iz Baku” KVN teatrı Heydər Əliyev Sarayında “Analoqu olmayan” adlı konsertinə hazırlaşır. Konsert öncəsi “Planet Parni iz Baku” komandasının üzvləri kulis.az-a danışıblar.
Komandaya rəhbərlik edən Tahir İmanovun sözlərinə görə, məmurlar konsertqabağı zəng edib deyirlər ki, onları parodiya etməsinlər: “İndi həmin məmurlar konsertqabağı zəng vururlar ki, bizim haqqımızda heç nə olmasın. Niyə tənqid etməyim e səni? Heydər Əliyevin qurduğu azad, demokratik ölkədə yaşayıram. Bizim idman federasiyalarında rəhbər bizim nazirlərdir.

Yaxşı olardı ki, bizim də bir KVN federasiyamız olardı. Ən azı bu yaşda gedib sponsorların qapısını döyməzdik, sponsorların nazıyla oynamazdıq. Hansısa bir əcnəbi gəlib mənə mənim reytinqimdən danışır. Bakcell-də mənə deyirlər ki, 18 milyon reklam büdcəmiz var, amma bir qəpik də sizə verməyəcəyik. Cabirlə ikimiz qapını çırpıb çıxdıq. Onun ətrafında olan azərbaycanlılara da bir-iki yağlı söz dedik.

Çünki onlar da qorxaqdırlar. Amma sabah çox hörmətli prezidentimiz İlham Əliyev konsertimizə gəlsə, sizi inandırıram bütün Nazirlər Kabineti orda olacaq və biz onda onlara deyəcəyik ki, bilet yoxdur”.

Qeyd edək ki, konsert 25, 26, 27 aprel tarixlərində Heydər Əliyev Sarayında baş tutacaq.


Teqlər:  





Xəbər lenti