Məşhur futbolçu `Əl-Qaidə`yə qoşulub?!

Məşhur futbolçu `Əl-Qaidə`yə qoşulub?!
  17 Aprel 2014    Oxunub:1425
Keçdiyimiz günlərdə ortaya atılan bir iddia xeyli səs-küy doğurdu. Bu iddiaya görə, “Real”, “Çelsi” və “Arsenal” kimi klubların formasını geyinən məşhur fransız futbolçu Lassana Diarra Əl-Kaidaya qatılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddianın yaranmasına səbəb internetdə yayılan bir videodur.

“The Guardian”-nın bu gün verdiyi xəbərə görə, bu iddialar əsassızdır. İngilis və digər ölkələrin kəşfiyyat xidmətlərinin araşdırmasından sonra həmin videoda danışan şəxsin İngiltərədə yaşayan Potuqaliya vətəndaşı Rodrigues Da Costa olduğu məlum olub.

Xatırladaq ki, həmin internetdə yayılan videoda bu sözlər yer alırdı: “ Cihad üçün, Allah üçün pulu və futbolu buraxdı. Londondan gəldi.”

Futbolçuların Əl-Kaidaya qoşulması xəbəri yeni deyil. Bundan öncə də Almaniya U-17-sinin futbolçusu Burak Karan Suriyadakı döyüşlərdə öldürülüb.

Emin Piri



Teqlər:  





Xəbər lenti