"Neftçi" qələbə qazana bilmədi

"Neftçi" qələbə qazana bilmədi
  17 Aprel 2014    Oxunub:1021
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
AzVision.az xəbər verir ki, ilk görüş Qəbələdə yerli komanda ilə "Xəzər Lənkəran" arasında baş tutub. Çempionatda son zamanlar qənaətbəxş çıxış etməyən "Qəbələ" bu dəfə azarkeşlərini sevindirib. Belə ki, meydan sahibləri bu görüşdə 3-0 hesablı qələbə qazanıb.

Günün digər qarşılaşması paytaxtda "Neftçi" - "Rəvan" arasında keçirilib. Cütün aşkar favoriti "Neftçi" hesabı açsa da, qapısını toxunulmaz saxlaya bilməyib. Görüş 1-1 hesabı ilə yekunlaşıb. Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək


Teqlər:





Xəbər lenti