ABŞ: `Erməni məsələsi`nə görə narahat olmayın

ABŞ: `Erməni məsələsi`nə görə narahat olmayın
  16 Aprel 2014    Oxunub:985
Son günlər “Erməni soyqırımı” məsələsinin yenidən gündəmə gəlməsindən sonra TBMM sədri Cəmil Çiçək baş verənlərə öz şərhini verib
Azvision.az türk mediasına istinadən xəbər verir ki, TBMM başqanı erməni probleminin Türkiyəyə qarşı ən böyük böhtan olduğunu və bunun Türkiyə-ABŞ münasibətlərində problem yaratdığını bildirib. Onun söylədiyinə görə, parlamentlər bu günü və gələcəyi düşünməli, keçmişi isə tarixçilərin ixtiyarına verməlidir.

TBMM başqanı erməni məsələsinin ABŞ senatında gündəmə gəlməsinə görə, öz xəbərdarlığını da unutmayıb: “ Parlamentlər tarixi hadisələrlə əlaqəli qərar verməyə çalışarsa , bu, sülhə, dostluğa və ikili münasibətlərə zərər verəcək.”

Cəmil Çiçək ABŞ konqresinin spikeri John Boehner ilə görüşərək yalnız erməni məsələsini deyil, Cənubi Qafqaz, Ukrayna, Suriya problemlərini də müzakirə edib.

John Boehner Türkiyəyə erməni məsələsinə görə, narahat olmamağı məsləhət bilib:

“Erməni məsələsi zaman-zaman Konqresdə gündəmə gəlir. Mən həmişə söyləmişəm ki, biz qanunverici məclisik, tarix yazanlar deyilik. Buna görə də narahat olmayın, bu məsələ konqresdə müzakirə olunmayacaq.”

Bundan əlavə, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşən amerikalı spiker eyni sözləri xatırladıb.

Emin Piri


Teqlər:  





Xəbər lenti