Hafiz Hacıyev ad gününü necə keçirəcək?

Hafiz Hacıyev ad gününü necə keçirəcək?
  16 Aprel 2014    Oxunub:888
`Yoldaşlar, yaxın tanışlar, bizi tanıyan insanların hamısı zəng edib təbrik edirlər. Ad günümü ailəmlə keçirəcəyəm. Təntənəli qeyd etməyi sevmirik. Evimdə, uşaqlarımla, ailəmlə bir yerdə olacağam`.
Bunu AzVision.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri, bu gün 58 yaşını qeyd edən Hafiz Hacıyev deyib.

Partiya sədri vurğulayıb ki, xüsusi gözlədiyi hədiyyə yoxdur: “İstəmirəm, belə şeyləri qəbul etmirəm. Uşaqlar nə etsələr, qəbuldur”.

Kimlərdən təbrik aldığına gəlincə isə H.Hacıyev onların adını açıqlamaq istəməyib: “Təbrik edənlər arasında dostlar, siyasətçilər, rəsmi şəxslər də var, amma onların adını açıqlamaq istəmirəm. Kim istəyir zəng edib təbrik edəcək, istəmirsə etməyəcək. Məcbur deyil ki. Hamısı sağ olsun, minnətdaram”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti