Prezident Adminstrasiyası “Yeni Müsavat”ı yalanladı

Prezident Adminstrasiyası “Yeni Müsavat”ı yalanladı
  15 Aprel 2014    Oxunub:1177
Bu gün “Yeni Müsavat” qəzetində “Vasif Talibov vəzifədən getmək qərarı verib” adlı yazı dərc olunub. Yazıda bildirilir ki, Vasif Talıbov vəzifəsindən gedir, onun yerinə isə bir neçə şəxs namizədir. Həmin şəxslərin arasında Prezident Administrasiyasının rəhbərinin 4 müavini Əli Əsədov, Zeynal Nağdəliyev, Novruz Məmmədov və Vahid Əliyev var.

AzVision.az-ın məlumatına görə, qəzetin bu yazısına Prezident Adminstrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun cavabı gecikməyib. O, öz twitter səhifəsində bu məlumatın tamamilə yalnış olduğunu bildirib:

““Yeni Müsavat” belə cəfəng fikriləri ilə özünü tamam gözdən salıb. Kim isə ` çox yüksək peşəkarlıq` nümayiş etdirir”, deyə PA rəsmisi qeyd edib.

Sevinc


Teqlər:  





Xəbər lenti