Əlibəylidə düşmən silahı susmaq bilmir - VİDEO

Əlibəylidə düşmən silahı susmaq bilmir - VİDEO
  15 Aprel 2014    Oxunub:1009
Tovuzun Əlibəyli kəndində yenidən güclü atışma olub.
AzVision.az turkeltv-yə istinadən xəbər verir ki, xəsarət alan olmasa da evlərin damları və həyətlər güllə baran edilib. Saat 15-16 radələrində ara-sıra atışma səsləri eşidildi. Saat 18 radələrindən başlayaraq isə ermənilər kəndi intensiv atəşə tutdular.

Atışma zamanı kəndin elektrik xətləri sıradan çıxdı. Qaranlıqda qalan Əlibəylini atılan güllələr işıqlandırırdı. Sakinlər evdən çıxa bilmirdilər. Bəziləri isə evə gələ bilmirdi. Kəndə girmək təhlüklə idi. Axşama tədarük üçün şam almağa gedən Əlibəylilər kəndin girişində qalmışdılar. Ermənilərə layiqli cavab veriləndən sonra atışma kəsildi. Kənd sakinlərinin də şahid olduğu bu mənzərə qürurverici idi. Az əvvəl güllə yağışına görə evinə belə gedə bilməyənlər, əsgərlərimizin yanına getməyə çalışırdılar. Söhbət zamanı Əlbiyəyli kişiləri nə olursa olsun kəndi tərk etməyəcəklərini dedilər. Ermənilərin bu təxribatının qətiyyən onları qorxutmadığını, lakin qadınlara və uşaqlara görə çox narahat olduqlarını bildirdilər.




Teqlər:  





Xəbər lenti