Ukraynada tankların qabağına əliyalın çıxdılar – VİDEO

Ukraynada tankların qabağına əliyalın çıxdılar – VİDEO
  15 Aprel 2014    Oxunub:1101
Donbas Sakinləri Slavyanska gedən tankların qarşısını almağa çalışıblar.

AzVision.az xəbər verir ki, Donbasda ozünümüdafiə dəsələri Aleksand Turçinovun əmri ilə Ukraynanın cənub -şərqində antiterror əməliyyatları çərçivəsində Slavyans rayonuna göndərilən tankların qarşısını kəsərək onları geri qaytarmağa müvəffəq olublar. İnternetdə bu hadisəni göstərən video yayılıb.

Saxla tankı! Saxla! Tanklar heç cürə susmaq bilmir. Siz kimə atəş açmaq istəyirsiniz? Axı biz eyni xalqın nümayəndələriyik... – deyə Donbas sakinləri əsgərlərə qışqırırlar.

Sakinlər uzaqlaşmaq istəyən tankın dalınca qaçırlar. Bir qədər mübahisədən sonra komandirlə etirazçılar əl sıxışırlar. Hərbiçilər antiterror əməliyyatının başladığını xatırladaraq sakinləri küçələrə çıxmamağa çağırıb.

Slavyanskın müdafiə dəstəsinin icraçı rəhbəri Vyaçeslav Ponomaryovun sözlərinə görə,özünümüdafiə dəstələri hərbiçilərə müqavimət göstərməyə hazırlaşırlar.

Bu arada Ukraynanın Şərqində vəziyyət gərgin olaraq qalır, yeni hökumətin əleyhdarları bütün administrativ binalara nəzarəti ələ keçiriblər. Son bir neçə gündə etirazların miqyası daha da genişlənib. Belə ki, səs-küylü etiraz nümayişləri artıq Qorlovka və Slavyanskda da müşahidə olunur.

Qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennanın Kiyevə gizli səfərindən sonra Ukrayna prezidenti Aleksandr Turçinov ölkənin şərqində antiterror əməliyyatları elan edib.

Qeyd edək ki, artıq Ağ Ev kəşfiyyat rəhbərinin Kiyevə səfərini təsdiqləyib.


Səbinə Həsənova



Teqlər:  





Xəbər lenti