ABŞ kəşfiyyatçılarını Ukryanaya göndərdi - VİDEO

ABŞ kəşfiyyatçılarını Ukryanaya göndərdi - VİDEO
  15 Aprel 2014    Oxunub:2197
Ukrayna prezidenti isə BMT-ni də köməyə çağırıb.
ABŞ hökuməti Federal Təhqiqatlar Bürosu (FBI), Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət bir qrup şəxsi Ukraynaya göndərib. Məlumatı Amerika Dövlət Departamenti də təsdiqləyib.

Bildirilir ki, ABŞ rəsmilərini Ukraynanın yeni hökumətinə təhlükəsizlik, hüquq və maliyyə sahələrində məsləhət verəcəklər. Qeyd edək ki, bu vaxta qədər rəsmi Kiyev ABŞ kəşfiyyat xidmətinin əməkdaşlarının Ukraynaya gəldiyi ilə bağlı xəbərləri təkzib edir və ya ümumiyyətlə bu barəd məlumat vermək istəmirdi.

Bu arada Ukraynada prezident səlahiyyətlərinin müvəqqəti icraçısı, ALİ Radanın sədri Aleksandr Turçinov BMT-nin Baş katibi Ban Ki-muna zəng edərək ölkənin cənub- şərq vilayətlərində antiterror əməliyatlarının birgə keçirilməsini təklif edib. Ban Ki-mun isə problemin sülh yolu ilə həll olunması üçün bütün mümkün variantlardan istifadə edilməsinin tərəfdarı olduğunu bildirib və rəhbərlik etdiyi təşkilatın da məhz bu istiqamətdə işlər apardığını söyləyib.

Xəbər verdiyimiz kimi Ukrayna Ordusu ölkənin cənub -şərqində anterror əməliyyatlarına başlamağa hazırlaşır. Slavyansk özünümüdafiə batalyonun komandiri, Vyaçeslav Ponamoryov verdiyi xəbərə görə, hazırda Ukrayna hərbi qüvvələrinin tankları və ağır hərbi maşınlarıı Slavyansk və Donetsk vilayətlərinə daxil olmaq üzrədirlər.

Xatırladaq ki, Ukraynada anti-terror əməliyyatlarının 2-ci mərhələsinə dünəndən start verilib.



Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti