Əmək Müfəttişliyində kadr dəyişikliyi - ÖZƏL

Əmək Müfəttişliyində kadr dəyişikliyi - ÖZƏL
  15 Aprel 2014    Oxunub:1815
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yeni rəisi Fuad Əlizadə özünə yeni müavin təyin edib.

AzVision.az-a daxil olan məlumata görə, F.Əlizadə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı region üzrə rəisi Hüseynov Səbuhi Şamil oğlunu müavin təyin edib.

S.H üseynov 24 noyabr 1967-ci ildə Gəncə şəhərində anadan olub. 1984-1990-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin iqtisadiyyatı fakültəsində təhsil alıb.

1990-1992-ci illərdə Dövlət Vergi Müfəttişliyində qiymət və tariflərə nəzarət şöbəsinin müfəttişi vəzifəsində, 1992-1993-cü illərdə “Ravi” MMC-də iqtisadçı vəzifəsində, 1993-1994-cü illərdə “Ruzibank” Səhmdar Bankının sədr müavini, 1994-1998-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlar İcrası Baş İdarəsində təftiş bölməsinin şöbə rəisi, 2008-2014-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müxtəlif regionlarında rəis vəzifəsində çalışıb. Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə mart ayının əvvəllərində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun əmri bu posta təyinat alıb.

Sevinc İltifatqızı
AzVision.az





Teqlər:  





Xəbər lenti