Öcalan Nobelə namizəd göstərildi

 Öcalan Nobelə namizəd göstərildi
  14 Aprel 2014    Oxunub:1668
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan Nobel sülh mükafatına namizəd göstərilib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın kürt partiyası “Goran” hərəkatının deputatı Heval Kvestani A.Öcalanın 2014-cü il Nobel sülh mükafatı üçün namizədliyini təklif edib.

Nobel Komitəsi isə bu namizədliyi qəbul edib.

Qeyd edək ki, Nobel Sülh Mükafatının ən güclü nazizədləri arasında bu il Vladimir Putin, Roma papası Fransisk, Edvard Snouden var. Eyni zamanda Dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər.

Sevinc


Teqlər:  





Xəbər lenti