Ukraynada vətəndaş müharibəsi başladı

Ukraynada vətəndaş müharibəsi başladı
  14 Aprel 2014    Oxunub:2000
`Separatçılara bu gün səhər saat 11-ə kimi vaxt verilib`.
"Ukrayna ordusu ölkənin şərqində növbəti anti-terror əməliyyatları keçirəcək". Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən Aleksandr Turçinoc belə bir bəyanatla çıxış edib. O, artıq bununla bağlı Təhlükəsizlik Şurasının qərar qəbul etdiyini söyləyib:

"Biz Milli Təhlükəsizlik Şurasında Silahlı Qüvvələrin də iştirakı ilə geniş miqyaslı anti-terror əməliyyatlarının başlanılması haqqında qərar qəbul etdik. Rusiyaya Krım ssenarisini Ukraynanın şərqində təkrarlamağa izn verməyəcəyik".

Turçinov dövlət televiziyası vasitəsilə xalqa səslənib.

"Separatçılara bu gün səhər saat 11-ə kimi vaxt verilib. Təyin olunan vaxta kimi silahlarını təhvil verib, binaları tərk etməyəcəkləri təqdirdə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Qurumu ilə Ukrayna Silahlı Qüvvələri geniş çaplı antiterör əməliyyatına start verəcək".

Qeyd edək ki, artıq bir neçə gündür Ukraynanın şərq vilayətlərində Rusiyaya meylli qüvvələrin etirazları davam edir. Ölkənin şərqindək Xarkov, Luqansk və Donetsk şəhərlərində dövlət administrasiyası binalarına etirazçılar nəzarət edir.

Bu arada Ukrayna Baş Prokurorluğu ölkənin şərqindəki hadisələrin əsas təşkilatçılarının Rusiyanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu bildirib.

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti