Su bahalaşmayacaq

Su bahalaşmayacaq
  14 Aprel 2014    Oxunub:1282
Azərbaycanda əhaliyə verilən içməli suyun qiymətində artım gözlənilmir. AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov məlumat verib.

Q.Hüseynov qeyd edib ki, hazırda suyun tarifləri qurumu tamamilə qane edir. Əhalinin istifadə etdiyi su haqlarının yığım səviyyəsinə gəlincə, “Azərsu” ASC-nin sədri bildirib ki, bu göstərici əvvəlki illərlə müqayisədə xeyli artaraq 94 faizə çatıb.


Teqlər:  





Xəbər lenti