`Chrome` şəkilləri daha yaxşı göstərəcək

`Chrome` şəkilləri daha yaxşı göstərəcək
  11 Aprel 2014    Oxunub:5806
`Google` şirkəti Chrome brauzerinin növbəti versiyasını təqdim edib.
Brauzerin 34-cü versiyasında adaptiv şəkillərin dəstəyi reallaşdırılıb. Şəkillər konkret qurğunun (smartfon, planşet, kompüter, televizor) ekran ölçüsündən asılı olaraq dəyişir. Bundan başqa, imtiyazlı istifadəçilərin məlumatlarının yeni kompüterlərə import edilmə funksiyası istifadəyə verilib.

Chrome 34 brauzerinə, həmçinin genişlənmə və tətbiqlər üçün lazım olan bir neçə yeni API-nin dəstəyi əlavə edilib. Bundan başqa, aşkar edilmiş səhvlər düzəldilib, brauzerin sabitliyi və məhsuldarlığının artırılması üçün bir sıra dəyişikliklər edilib.


Teqlər:  





Xəbər lenti