Fevralın 25-də “İmage” şirkətinin və “Miras” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “World Business Center”də www.26fevral.az internet portalının təqdimatı olacaq.
Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakininin söylədikləri lentə alınmış və qiymətli videoarxiv yaradılıb.
Layihə çərçivəsində faciənin qurbanları və şahidlərin xatirələri lentə alınaraq sənədli filmlər hazırlanmış və www.26fevral.az (eyni zamanda www.26february.az) veb-portalında yerləşdirilib.