Mobil telefonların 3 gizli funksiyası

Mobil telefonların 3 gizli funksiyası
  21 Yanvar 2014    Oxunub:8094
Mobil telefonlarda bir neçə gizli funksiya mövcuddur.
İstifadəçilərin böyük əksəriyyəti isə onların mövcudluğundan xəbərsizdir.

1. Fövqəladə hadisələr zamanı mobil telefondan 112 nömrəsi yığmaq olar. Bu nömrə bütün dünya üzrə fəaliyyət göstərir. Fövqəladə hadisə zamanı telefon şəbəkə xaricində olduqda 112 nömrəsini yığmaqla regionda açıq fəaliyyət göstərən şəbəkələrdən birinin qəza nömrəsinə qoşulmaq mümkündür. Hətta telefonun klaviaturası blok vəziyyətində olsa belə nömrəni yığmaq mümkündür.

2. Əgər açar içəridən bağlı maşının daxilindədirsə və evdə ehtiyat açar varsa, onda maşın sahibi evdə olan şəxslərdən birinin mobil nömrəsinə zəng etməlidir. Bundan sonra öz mobil telefonunu maşının qapısından 30 santimetrə qədər məsafədə saxlamalıdır. Eyni vaxtda evdə olan şəxs ehtiyat açarı mobil telefonuna yaxın tutaraq blokdan azad olunma düyməsinə basmalıdır. Onda maşının qapısı açılacaq. Bu vaxt maşın sahibinin ehiyat açarla arasındakı məsafənin heç bir əhəmiyyəti olmayacaq.

3. Mobil telefonun seriya nömrəsini bilmək üçün telefonda *#06# kombinasiyasını yığmaq lazımıdır. Ekranda 15 rəqəmdən ibarət kod peyda olacaq. Bu kod hər bir telefon üçün fərqlidir. Kodu qeyd edərək təhlükəsiz yerdə saxlamaq lazımdır. Əgər telefon oğurlanarsa, kod vasitəsilə onu tez tapmaq mümkündür. Telefon tapılmazsa, ən azından onu bloka salmaq da mümkündür.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti