Məşhurlar cin çıxarmağa inanırmı? – SORĞU

Tarix 14.01.14, 15:00

Font ölçüsü : - / +

Son zamanlar gündəmi zəbt edən, medianı çalxalayan mövzulardan biri də “Cin çıxartma” əməliyyatıdır. Sosial şəbəkələrdə hər kəsin diqqətini çəkən bu kadrlar, həm də bir çoxlarının qəzəbinə və hiddətinə səbəb olub. Biz də AzVision.az saytı olaraq, bəzi jurnalistlər və tanınmış şəxslər arasında sorğu keçirdik.

Faiq Ağayev, xalq artisti:

- Cəhalət! Ayıbdır, vallah. XXI-ci əsrdə yaşayırıq.

Sevinc Çılğın, şairə:

- Məndə şeytan tükü var, çıxara bilən gəlsin.

Ülvira Qarayeva, teleaparıcı:

- Çox pis. Xurafatın təbliğatıdı, insanları kütləşdirmək və yenidən geriyə salmaqdı.

Elçin Bayramlı, jurnalist:

- Təəssüf ki, heç nə deyə bilmərəm. Mən 13 ildir ümumiyyətlə, bizim kanallara baxmıram. Bu kimi şeylerə isə qətiyyən qiymətli vaxtımı sərf edə bilmərəm. Bu əməliyyatı görməmişəm, amma bütün dinlərdə belə prosedurun olması haqda məlumatım var. Qara magiya, mövcuddur başqa mistik varlıqlar da var, kaniatda biz tənha deyilik. Amma bu sahədə tədqiqatla dərin elmi və qədim dini biliklərə malik mütəxəssilər məşgul ola bilərlər. Ölkəmizdə belə birinin varlığı inandırıcı deyil.

Elnaz Əbluc, rejissor

- Cinlərlə işim yoxdur.

Murad Arif, teleaparıcı:

- Xəbərdar deyiləm. İzləmədim. Kim çıxardıb? Harda çıxardıb? Kimdən çıxardıblar? Amma bilmək istəyirsinizsə, mən də cin görmuşəm. O, məşhur reqqi və hip-hop ifaçisi Cindir. Yaxşı oğlandir.

Qənirə Ataşova, telejurnalist:

- Mən o xəbəri xəbər lentində başlıq olaraq görsəm də, açıb oxumadım və oxumaram da. Mən bir Allaha inanıram, vəssalam. Cəfəngiyyat mənlik deyil.

Zənurə Talıbova, telejurnalist:

- Cinin mövcudluğuna inan insanları avam hesab edirəm. Düşünürəm ki, belələri Allah qarşısında da günah qazanmış olurlar.

Təranə Səmədova, prodüsser:

- Mən cadu-piti olduğuna inanıram, amma cinçıxartma- filan, belə şeylərə açığı, inanmıram.

Ramal Hüseynov, teleaparıcı:

- Kim cin çıxara bilir, çıxarsın. Lap yaxşı. Cinlilər azalar heç olmasa. Cəmiyyətdə bir problem var, bəlkə kimlərisə cin tutub, cin çıxaranlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bəlkə bunlardan sonra rahatlaşıb, intellektə, ağıla diqqət yetirərik.

Elnarə Təhməzova, teleaparıcı:

- Cahillik, savadsızlıq. Bu insanların psixoloji problemləri var, xəstədilər. Nə yazıq ki, saxtakar vicdansız insanlar bu cür cahil və xəstə, sağalmağa ehtiyacı olan insanlardan istifadə edirlər! Mən istəmirəm ailə üzvlərimdən kimsə buna efirdə baxsın, izləsin.

İradə İsaq, telejurnalist

- Türkiyədə efirdə “cin” sözünü işlətmək qadağandır. Yerinə “3 hərfli” deyirlər. Çünki mövhumatı artırmaq təhlükəsi olan və hər beynin doğru anlamayacağı amil olduğu üçün belə ediblər. Hər halda, bizim Türkiyə qədər dini ənənələrimiz yoxdur. Əslində tamaşaçıya bütün mövzularda doğru informasiya çatdırmağa xidmət edir televiziyalar. Amma televiziyaların da öz etikası var. Bu cinçıxarma kimisə qorxuda bilər. Xüsusən həmin zaman kəsimi uşaqların tv-yə aktiv baxdığı zamandır. Təəssüf ki, biz tv- lərlə bağlı beynəlxalq təşkilatlarla işləmirik. Buna görə də digər ölkə kanallarından rahatca veriliş də oğurlanır, belə etik qaydalar da pozulur. Televiziya sahəsində gerçək islahatlar aparılmalıdır. Bunun üçün MTRŞ var. Əgər hardasa boşluq varsa deməli həmin qurumun fəaliyyəti qənaətbəxş deyil və boşluqlar var. Məncə siz sorğunuza Nuşirəvan bəyi də cəlb edin. Bizim deməyimiz onsuz da boşdur. Bu məsələlərə nəzarət etmək onların vəzifə borcudur. Mənim, hansısa tv iş sistemindən xəbərsiz gənc yazıçı, şairlər yox. Bizim rəyimiz həlledici deyil.

Yusif Kərimli,telejurnalist:

- Belə məsələlər haqda çox eşitmişik. Bunun nə qədər real olub-olmadığı haqda bir şey deyə bilmərəm. Amma hansısa tv proqramların belə mövzulardan reytinq yığmaq üçün istifadə etməsini konkret qınayıram!

Roza Zərgərli,müğənni:

- Savadsızlıqdır. Bütün dünyada hər bir şey elektronlaşdığı dövrdə bu cinçıxarma gülünc bir şeydir.

İlham Mirzəyev, psixoloq:

- Çox pis baxıram. Birincisi, elə bir şey yoxdur, ikincisi də bu gün onların özlərini aktyorluğa qoyması uşaqlarımızı depressiyaya sala bilər. Azərbaycan teleməkanında belə hadisələrə yol verilməməlidir. Maarifləndirici verlişlər verməliyik. Belə olmaz axı?! Vətənimizi əsgərlərimizi, şairlərimizi yazıçılıramızı sevdirməliyik. Yetişkən gənclik olmalıdır. Gerilik bizə lazım deyil. Belə verlişlər öz övladlarımızın psixikasında fəsadlar yaradır. Sonra da psixoloq axtarışına düşürük. İnsanlar bunu bilməlidirlər: cin də yoxdur, şeytan da!

Aidə Eyvazova, jurnalist:

- Bu gün Azərbaycan Televiziyalarının əksəriyyəti tamaşaçı kütləsi qazanmaq üçün hər cür oyuna, ədəbsizliyə gedirlər. Bu artıq
televiziyalarda ənənə şəklini alıb. Ancaq təəssüf olsun. Peşəkar jurnalist, rejissor olarsa, belə dəyərsiz verilişlər də reytinq qazana
bilməz. İnsanların baxmağa , boş vaxtlarını öldürməyə seçimləri yoxdur. Yəni, hətta cin çıxarmaq məsələsinin özünü də elə gözəl ,
maraqlı və tutarlı faktlarla gündəmə gətirmək, tok şoular yaratmaq olar. Lakin hansı xəstə bir insanı gətirib, onun ətrafında şou
göstərmək ayıbdır. O şəxsi təhqir etməkdir. O qaldı ki, insanın bədənində cin adlı varlığın yerləşib yerləşməməsinə... bu bir az
inam, təfəkkür və sübut məsələsidir. Elmdə onun adı ekzorçizmdir.Biz İncildən sonra Qurana inananlarıq. Xristianların dini kitabı İncildə İsus Xristosun (İsa peyğəmbərin) insanın bədənindən cin çıxara bilmək məharəti belə təsvir olunub: "... Onun yanına səsi
batmış bir insanı gətirdilər. Və cin onun vücudundan çıxarıldıqdan sonra, lal danışmağa başladı. İzraildə heç vaxt belə hadisə
görünməmişdi..." və ya Qurani Kərimin 114-cü ən-Nas surəsində insanların Cindən qorunması üçün duanı əksəriyyətimiz
oxumuşuq. Adətən qanun nəyinsə qarşısını almaq üçün yazılır. Qurani Kərim də müsəlmanların Qanun kitabıdır. Gəldiyim nəticə
budur ki, insanın onun fikirlərində, əməllərində olan əyriliklər Cinə aid olan hərəkətlərdir. Yəni ki, Allah dua et ki, əməli salehlərdən
olasan. Sonda onu qeyd edim ki, cinlərdən şeytanlardan veriliş hazırlamaq istəyəndə youtube saytında məşhur kütləvi informasiya vasitələrinin peşəkarcasına hazırladıqları verilişləri izləsələr bəs edər.

Telli Pənahqızı, jurnalist:

- Bu, biabırçılıqdır! İnsanların əsəbi ilə oynamaqdır! Mövzu qıtlığıdır!

Elmira Ələkbərzadə, müğənni:

- Mən ümumiyyətlə baxmamışam, heç baxmaram da belə şeylərə.

Səbinə Məmmədova
AzVision.az üçün

Xəbərin oxunma sayı : 8260

Bu xəbərə şərh yaz

 Şərhlər Sayı: 2 
Quran buyurur BismilləhirRəhmanirRəhim. Qul auzu bi Rəbbin-nas, məlikin nas, iləhin nas, min şərril vəsvəsilxənnas, minəl--cinnətin--vənnas! Bu cinə inanmaq günahdır deyənlərə bir cavab. Lakin təəsüf ki, cinmıxardan adın qoyan insanların böyük faizi fırıldaqçıdan başqa bir şey deyil.
Roya Allaha Qurban olum agill vermeyende vermirde.!

Rubrikanin digər yazıları

Azərbaycanda 514 nəfər İİV-ə yoluxub 18.04.14

Avtoşluq edən harınlar həbs olundu - VİDEO 18.04.14

Siyavuş Novruzovun gündəmi dəyişən çıxışı - VİDEO 18.04.14

İlham Əliyev Koreya xalqına başsağlığı verdi 18.04.14

AMEA prezidenti: “Oğlanların elmə marağı azdır” 18.04.14

Şahin Sultanovun rütbəsi aşağı salınmayıb - Nazirlik 18.04.14

Abdulla Gül siyasətdən gedəcək 18.04.14

Qanun dəyişdi, polis sürücüləri qova biləcək 18.04.14

“254 vəzifəli şəxs barədə intizam tədbiri görülüb” - SƏDR 18.04.14

Cəlal Əliyevə mükafat verildi 18.04.14

“Torpağımız İrana verilməyib, yalandır” 18.04.14

Naxçıvandakı hərbi təlimdən FOTOLAR 18.04.14

Türkiyə kəşfiyyatında `zəlzələ` qanunlar 18.04.14

İclas başladı, Hesablama Palatası hesabat verir 18.04.14

“Təhsilə cavanlar cəlb olunmalıdır” – Misir Mərdanov 18.04.14

“Kann” Festivalının iddialıları açıqlandı 18.04.14

Ramiz Mehdiyev AMEA-nın sərgisində 18.04.14

Sarkisyana Azərbaycan haqda kitab hədiyyə edilib 18.04.14

`Göz yaşlarına layiq olan səni ağlatmaz` - Markesin gözəl sözləri 18.04.14

Hərbi hissədə partlayış: 18 əsgər yaralandı 18.04.14

MTN vətəndaşlara müraciət etdi 18.04.14

Ukrayna ilə bağlı razılıq əldə olundu 18.04.14

Obama: `Ruslara inanmıram` 18.04.14

Milli Məclis toplanır: 8 məsələyə baxılacaq 18.04.14

Patriarxın sonu - Markes dünyasını dəyişdi 18.04.14

Ərdoğan tatarlarla bağlı Putinə sərt xəbərdarlıq etdi 17.04.14

Qərblə Rusiya razılığa gəldi - SON DƏQİQƏ 17.04.14

Goranboyda zəlzələ olub 17.04.14

Metroda reklam qalmadı 17.04.14

Allahşükür Paşazadə `Halallıq qrupu` yaratdı 17.04.14

XƏBƏR LENTİ