İmtahan fənlərinin sayı 2015-ci ildə artırılacaq

İmtahan fənlərinin sayı 2015-ci ildə artırılacaq
  27 Sentyabr 2013    Oxunub:12590
“Qəbul prosesində bu ilki dəyişikliklər yalnız təşkilati dəyişikliklər olub. Qəbul proqramında hər hansı dəyişiklik edərkən bunu iki il öncədən elan edirik”.
Bunu bu gün jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə deyib. TQDK sədrinin sözlərinə görə, bu il buraxılış imatahanı əvvəlki illərdə olduğu kimi riyaziyyat va ana dili fənlərindən olacaq. 2015-ci ildə isə buraxılış imtahanı fənlərinin sayı artırılcaq.

“Biz fənləri əvvəlcədən elan edəcəyik. Uşaqlar öz seçimlərindən əlavə iki fənn seçəcəklər. Yəni uşaqlar özləri hansı fəndən buraxılış imtahanı vermək istədiklərinə qərar verəcəklər. Müzakirələrə davam edir ola bilər ki, Azərbaycan tarixi, Coğrafiya, Biolgiya, Fikzika, Kimya və ya xarici dil olsun. Fənlərin artırılması məsələsi artıq hüquqi müstəvidə qəbul olunub”.

Attestat ballarının nəticələrinin qəbulda nəzər alınmasına gəlincə isə
Məleykə Abbaszadə bu sahədə dəyişikliklərin də 2015-ci ildə olacağını deyib.

“Bu dəyişikliklər 2014-cü ilə aid deyil. 2014-cü ildə 9 illik təhsil bazasında texnbikomlara qəbul üçün bu ilin məzunları ilə yanaşı əvvəlki illərin məzunları da müraciət edə bilər. Orta ixtisas məktəbinə buraxılış imtahanlarının nəticələri ilə də qəbul ola bilər. Qəbul imtahanları isə yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək”,-deyə TQDK sədri bildirib.



Teqlər:  





Xəbər lenti