Suriyada dəhşətli edam - FOTO

Suriyada dəhşətli edam - FOTO
  14 Sentyabr 2013    Oxunub:2643
“Time” və “Paris Match” jurnalları Suriyada baş verən qorxunc edam səhnələri ilə bağlı material yayıb.
Türkiyə sərhədində “Əl-Qaidə” ilə bağlılığı olduğu bildirilən silahlılar bir gənci hamının gözünün qarşısında başını kəsərək öldürüb.

Müxbir həmin hadisəni belə təsvir edib: “Şəxsi meydana gətirdilər. Gözləri bağlı idi. O gün gördüyüm dördüncü edam səhnəsi idi. Qusmaq istəyirdim.

Amma qəzetçi kimi bunu yazmaq məcburiyyətindəydim. Hamı xoşbəxt idi. Müdaxilə etsəm də, bu edamın həyata keçiriləcəyini bilirdim. Adamı diz üstə çökdürdülər. Günahlarını oxudular. Əlləri bağlı idi. Donmuş kimiydi.

İki müxalif qulağına nəsə pıçıldadı. Gənc adam məsum və üzgün halda cavab verdi. Ərəbcə bilmədiyimdən nə dediklərini anlamadım. Müqavimət göstərdi. Amma boğazını kəsdilər”.


Teqlər:  





Xəbər lenti