Kimlər gəldi, kimlər getdi bu dünyadan… - (FOTOLAR+VİDEO)

15:00   16 İyul 2017    Oxunub: 25837

Azərbaycanın estrada musiqisinin banilərindən biri, mərhum sənətkar Mirzə Babayevin anadan olmasından 104 il keçir.

AzVision.az-ın məlumatına görə, xalq artisti 1913-cü ilin bu günü Bakıda dünyaya göz açıb.

M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alan M. Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində bir çox binaların və muzeylərin layihə müəllifidir. O, müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

Aktyor kimi də özünü sınayan əvəzolunmaz sənətkar 30-dan çox filmə çəkilib. Xalq artisti "Alma almaya bənzər", "Bəyin oğurlanması", "Dərviş Parisi partladır", "Gün keçdi", "Dəli Kür" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Onun "Uzaq yaşıl ada", "Kimlər gəldi, kimlər getdi", "Kəpənək", "Gəlmədi" və digər mahnıları dillər əzbəridir.

Mirzə Babayev 2003-cü il yanvarın 13-də vəfat edib.











AzVision.az

Teqlər: Mirzə-Babayev    




Rubrikanın digər yazıları