Gələn il tramvay yollarının çəkilişinə başlanılacaq - ÖZƏL

Gələn il tramvay yollarının çəkilişinə başlanılacaq - ÖZƏL
  06 Sentyabr 2013    Oxunub:1618
“2014-cü ildə Gəncədə tramvay yollarının çəkilişinin inşasına başlanılacaq”.

AzVision.az-a bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat veriblər. Bildiriblər ki, hazırda bu istiqamətdə işlər gedir və yolların çəkilişinə gələn ildən başlanılacaq.

“Tramvay yollarının çəkilişi üçün Fransanın 3 şirkəti arasında arasında tender elan olunacaq. Hansı qalib gəlsə, o da bu işlə məşğul olacaq. Həmçinin bildirək ki, quraşdırılacaq tramvaylar “Translohr” tramvaylarıdır. Onlarda rahatlığı, qabariti və manevr qabiliyyəti ilə digərlərindən fərqlənir.



Eyni zamanda İcra Hakimiyyətindən bildiriblər ki, bu layihə ümumilikdə 250 min avro vəsait tələb edir.

Gəncədə metro çəkilişləri ilə bağlı müzakirə getdiyi üçün tramvay yollarının salınması məsələsinin hələ tam müəyyənləşmədiyi bildirilir.



Qeyd edək ki, artıq bu tramvaylardan dünyanın 3 ölkəsində quraşdırılıb. Fransanın Clermont-Ferrand şəhəri, İtaliyanın Venesiya, Padua, Çinin Tianjin, Şanxay şəhərlərində quraşdırılıb”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti