Qarabağa Qayıdış – 3: Böyük Yolun başlanğıcı | Təsirli sosial-vətənpərvərlik videosu

Qarabağa Qayıdış – 3: Böyük Yolun başlanğıcı | Təsirli sosial-vətənpərvərlik videosu
  23 İyun 2017    Oxunub:136696
AzVision.az “Qarabağa qayıdış” layihəsi çərçivəsində hazırlanan üçüncü video çarxı təqdim edir.
Yada salaq ki, döyüş ruhu üzərində köklənən birinci videoda Azərbaycan Ordusunun daim savaşa hazır olduğu, lazımi anda ildırım sürətilə torpaqlarımızı düşməndən azad edəcəyi mesajı çatdırılırdı. Həqiqətən də, sonradan Aprel döyüşləri zamanı hər kəs buna şahid oldu.

Patriotik ruhlu ikinci videoda təbliğ edilən ideya bu idi ki, hər bir azərbaycanlı öz əməyi və zəhmətilə dolayısıyla Qarabağın qaytarılması üçün çalışır. Məhz bu səbəbdən də biz gec-tez o torpaqlara qayıdacağıq.

Sosial-patriotik ruhlu üçüncü videoda isə göstərilir ki, artıq torpaqlarımıza Böyük Qaydış başlayıb. Cocuq Mərcanlı kəndində tikilən və Prezident İlham Əliyevin iyunun 14-da açılışını etdiyi ilk evlər, geriyə dönənən ilk ailələr sadəcə, birinci addımlardır.



Videonun qəhrəmanı ailələri Cocuq Mərcanlıdan məcburi köçkün düşmüş iki qaçqın uşaqdır. Onlar bilirlər ki, yaşadıqları köçkün daxması əsl evləri deyil və bir gün əsl torpaqlarına, əsl evlərinə dönəcəklər. İndi bu iki uşaq üçün həmin gün yetişib: onlar Cocuq Mərcanlıdakı evlərinin sözün hər iki mənasında, işığını yandıracaqlar.

Amma Azərbaycanın işğal altındakı torpaqlarında qalan 900-dən çox yaşayış məntəqəsində işığı söndürülmüş 150 mindən çox ev var... Videonun verdiyi mesaj budur: O evlərin hamısının işıqları bir gün bax, beləcə yanacaq!

AzVision.az



Teqlər: Qarabağa-qayıdış   Cocuq-Mərcanlı   Vətənpərvərlik   Patriotizm   Sosial-video  





Xəbər lenti