"Vəziyyətim ürəkaçan deyil" - Xalq artisti

"Vəziyyətim ürəkaçan deyil" - Xalq artisti
  17 May 2017    Oxunub:6410
Tanınmış azərbaycanlı diktor, xalq artisti Rafiq Hüseynlinin səhhəti pisləşib.
Bu barədə xalq artistinin özü xəbər verib. O, bildirib ki, mayın 15-dən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib:

“Yalandan deməyim, artıq pisəm, özümü yaxşı hiss etmirəm. Həkimlər də deyir ki, 1-2 günə həllini tapan bir xəstəlik deyil. Onkoloji xəstəliyimlə bağlı Türkiyədə müayinə olundum, Bakıya qayıtdım. Amma vəziyyətim ürəkaçan deyil”.

Qeyd edək ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir. R.Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub.(Lent.az)

AzVision.az


Teqlər: Xalq-artisti   Xəstəlik  





Xəbər lenti