Generallar Bakı Marafonunda: "Çalışın, sağlam həyat tərzi yaşayın"

Generallar Bakı Marafonunda: "Çalışın, sağlam həyat tərzi yaşayın"
  30 Aprel 2017    Oxunub:113532
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonuna start verilib.
Marafonda iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev AzVision.az-a bildirib ki, bu tədbir gənclərimizi, xalqımızı sağlam həyat tərzinə çağırır.

“Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir. Hamı çalışmalıdır ki, sağlam həyat tərzi yaşasın”.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev isə deyib ki, Bakı Marafonu sağlam həyat tərzinin təbliğatıdır.

“Biz də öz iştirakımızla tədbirə dəstəyimizi veririk. Marafonda iştirak edən hər kəsə uğurlar arzu edirəm”.



Qeyd edək ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Baş nazirin müavini Yaqub Eyyubov, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov və bir sıra deputatlar iştirak edirlər.


Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bakı-Marafonu   DTX   DSX  





Xəbər lenti