"Bu, hər kişinin işi deyil" - Tanınmış aktyor (VİDEO)

"Bu, hər kişinin işi deyil" -  Tanınmış aktyor (VİDEO)
  29 Aprel 2017    Oxunub:5445
Bu gün tanınmış aktyor, Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun doğum günüdür. Aktyorun 60 yaşı tamam olur.
R.Rəhimov yubiley mərasimində AzVision.az-ın suallarını cavablandırıb.



- Artıq 60 yaşı haqladınız. Bu yaş sizin üçün nəyi ifadə edir?

- İnsana önəm verirlərsə, özünü yaxşı hiss etməlidir. Bu gün Teatr Xadimləri İttifaqı mənim üçün gözəl bir tədbir keçirdi. Bu, sənətkar üçün çox böyük qiymətdir. Özümü xoşbəxt sayıram ki, 60 yaşım var. 43 ildən çoxdur Kukla Teatrının səhnəsindəyəm. Bu illər ərzində uşaqlara mənəvi xidmət emişəm. Eyni zamanda televiziya tamaşalarında, konsertlərdə, bədii filmərdə, seriallarda çəkilmişəm. Sənətim çoxşaxəli olub. Özümü bir sənət adamı kimi rahat hiss edirəm.

Əvəllər elə bilirdim ki, adamın 60 yaşı olanda qoca olur. Ancaq indi görürəm ki, 60 yaş heç nədir. Özümü 60 yaşda hiss etmirəm.

-Adətən qadınlar yaşını gizlədir. Kişilər isə bunu çəkinmədən, ürəklə deyirlər. Hesab edirlər ki, yaş onların böyük həyat təcrübəsinə sahib olduqlarını göstərir. Soruşmaq istərdim ki, yaşı kişinin var- dövləti hesab etmək olar, yoxsa yaş üst -üstə yığılmış illərdir?

-Məncə, yaş üst- üstə yığılmış illərdir. Var-dövlət başqa şeydir. Yaşda var-dövlət o zaman olar ki, sağlamlığın, durumun yerində olsun. Mənim elə var- dövlətim yoxdur, o qədər də sağlam deyiləm. Bununla bərabər yenə də işimə davam edirəm.

-Bu yaxınlarda səhhətinizdə problem yaranmışdl. İndi özünüzü necə hiss edirsiniz?

-İndi də yaxşı deyilən. Ancaq özümü o yerə qoymuram. Nəyə görə öz problemlərimlə camaatı yükləməliyəm. Öz problemlərimi özüm çəkirəm.

-60 il az deyil, uzun bir yol gəlmisiniz. Yəqin ki, bu yolun enişi də olub, yoxuşu da...

-Məni yolum çox enişli-yoxuşlu olub. İstər aktyor, istərsə də insan kimi keçdiyim yol çətin, əziyyətli olub. Şükür olsun, əziyyətlə gəlib bu dərəcəyə çatmaq hər kişinin işi deyil.

-Bu gün bir səbəbkar kimi hamı sizə xoş sözlər deyib, təbrik etdi. Arzularınızın həyata keçməsini dilədilər. Özünüzə nə arzulayırsınız?

-Arzuladıqlarıma müəyyən qədər nail olmuşam. Amma hələ bir az qalıb. Teatrda bir neçə rol var, onları oynamaq və təqaüdə getmək istərdim.

-Təqaüddə sənət üçün darıxmayacaqsınız?

-Digər teatrların tamaşalarına baxmağa, mədəni işlərlə məşğul olmağa, istirahət etməyə vaxtım daha çox olacaq. İndi çox yerə çağırırlar gedə bilmirəm. Çünki iş adamıyıq, işimiz çoxdur, tək teatrla iş bitmir. Televiziyalar, kinolar, seriallar var. Ona görə çalışıram ki, bu kimi bir yığın işi təqaüdə çıxandan sonraya saxlayım.

-Seriallara dəvət alırsınız?

-Olub. Türkiyənin seriallarından birində 50 seriya çəkilmişəm. Bizim seriallardan isə birində 2-3 seriya oynamışam. Amma qonorar məsələsi ürəyimcə deyil, çox azdır. Çəkilən zəhmətə dəymir. Ona görə də davam edirmədim.

-Bu gün dostunuz, aktyor Çingiz Əhmədovu yubiley mərasimində görmədim . Aranızda problem yoxdur ki?

-Onunla indi də ailəvi dostuq. Bu gün tamaşası olduğuna görə gələ bilmədi. Kukla Teatrında keçirilən yubiley mərasimində iştirak edəcək.

-Nəvələriniz sizi necə təbrik etdilər? Hədiyyə aldılarmı?

-3 nəvəm var. Böyüyün 14, ortancılın 2 yaşı var. Ən balacamız isə 40 günlükdür. Onlar ancaq məni öpüb, qucaqlamaqla təbrik edə bilərlər.

Müxbir: Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədli
AzVision.az


Teqlər: Akrtor   Teatr  





Xəbər lenti