Türkiyənin tanınmış aktyoru vəfat edib

11:17   19 Aprel 2017    Oxunub: 3445

“Yeşilcam”-ın usta aktyorlarından Bülent Kayabaş vəfat edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ağciyər çatışmazlığı səbəbindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 72 yaşlı aktyor ağciyər xərçəngindən müalicə alırdı.

Qeyd edək ki, B.Kayabaş 1945-ci ildə Eskişehirdə anadan olub. 1961-ci ildə Eskişehir Belediye Teatrında professional teatr aktyoru kimi fəaliyyətə başlayıb.

AzVision.az

Teqlər: Türkiyə   aktyor    


Rubrikanın digər yazıları