Naxçıvanda maşın qiymətinə telefon satılır

16:35   18 Aprel 2017    Oxunub: 3679

Naxçıvanda hərrac keçiriləcək.

AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzində keçiriləcək hərraca bir sıra məhsullar çıxarılacaq.

“VERTU” markalı mobil telefonun start qiyməti hərracda 8500 manat müəyyən edilib. Həmin gün 6 qol saatı da hərrac yolu ilə satışa çıxarılacaq. Onların start qiymətləri müxtəlifdir. Ümumilikdə 6 qol saatının ilkin satış qiyməti 9400 manatdır.

Həmçinin hərrac günü 6 qızıl sikkə də satışa çıxarılacaq. 6 qızıl sikkənin ilkin qiyməti 17 min manatdan çoxdur.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Naxçıvan   Hərrac    


Rubrikanın digər yazıları