Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır

10:52   10 Aprel 2017    Oxunub: 726

Bu gün ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatır.

AzVision.az xəbər verir ki, ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə martın 16-dan başlayan sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

“Hazırda saat 12:00-a olan məlumata görə, 79917 abituriyent I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 66694 nəfəri I-IV ixtisas qrupları, 31995 nəfəri V ixtisas qrupu, 33169 nəfəri tam orta ixtisas təhsili müəssisələrinə sənəd verib.

Bu saata kimi qeydiyyatdan keçən 79917 abituriyentdən 62890-i qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.

Aytən Zəhra
AzVision.az

Teqlər: DİM   İmtahan   Qəbul    




Rubrikanın digər yazıları