Ermənistanda silahlı qiyama hazırlaşan Babayan həbs edildi

Ermənistanda silahlı qiyama hazırlaşan Babayan həbs edildi
  22 Mart 2017    Oxunub:15640
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan həbs olunub. AzVision.az xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumata görə, Babayan "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı ilə bağlı açılan cinayət işi üzrə həbs olunub.
Erməni deputatlar onun həbs edilməsi xəbərini təsdiq ediblər.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bir müddət əvvəl Gürcüstandan "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilmə cəhdi ilə bağlı məlumat yaymışdı.

Erməni KİV-lərinin bundan öncə yaydığı xəbərlərdə Babayanın parlament seçkilərindən sonra ölkədə silahlı qiyam qaldıracağı vurğulanırdı.

AzVision.az


Teqlər: Ermənistan   DQR   Babayan  





Xəbər lenti