Baş nazirin müavini: "Vacib deyil ki, alimlərin sayı çox olsun"

13:31   16 Mart 2017    Oxunub: 1092

"Azərbaycanda təhsil yüksək səviyyədədir. İnsanlarda savadsızlıq yoxdur".

AzVision.az xəbər verir ki, bunu baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” mövzusunda keçirilən konfransda deyib.

Baş nazirin müavini bildirib ki, bütün bunlarla yanaşı Azərbaycanda elm, təhsil inkişafın faktoruna çevrilməlidir: "Elm və təhsil inkişafın ən vacib amilinə çevrilməlidir. Yeniliklər xidmət səviyyəsinə qədər gəlib çatmalıdır. Elm iqtsadi fəaliyyətin içində olmalıdır, kənarında yox. Biz istəyirik ki, alimlərimiz tək maaş haqqında deyil, kəşf etdiyi yeniliyin gətirdiyi maliyyə haqqında da düşünsünlər. Vacib deyil ki, alimlərin sayı çox olsun. Vacib olan onun təklif etdiyi ideyaların sayının çox olmasıdır. Otaqda oturub dissertasiya yazmaqla iqtisadiyyata kömək etmək olmaz. Təklif edərdim ki, elm adamları ilə bununla bağlı görüş keçirək. Təhsilimiz də elə insanlar yetişdirməlidir ki, yerinə gəldiyi adamın işində hansı yenilik yarada biləcəyi barədə düşünsün".

Anar Kəlbiyev
AzVision.az

Teqlər: ƏliƏhmədov   Başnazirinmüavi  




Rubrikanın digər yazıları