Şamaxı Rəsədxanasında yeni şöbələr yaradılıb

18:47   15 Mart 2017    Oxunub: 489

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan AzVision.az-a verilən xəbərə görə, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın müxbir üzvləri Vaqif Quliyevə 60 illik və Xəlil Qasımova 75 illik yubileyləri münasibətilə AMEA-nın fəxri fərmanını təqdim edib.

Tədbirdə AMEA-nın Gəncə Bölməsinin, Şəki Regional Elmi Mərkəzinin və Lənkəran Regional Elmi Mərkəzinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında illik hesabatı dinlənilib.

Hesabatlar dinlənildikdən sonra Rəyasət Heyəti mərkəzə Lənkərаn, Аstаrа, Mаsаllı və Lеrik rаyоnlаrının hər birində elmi tədqiqat işlərinin aparılması məqsədilə tоrpаq sаhələrinin ayrılması, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran bölgəsində fəaliyyət göstərən elmi müəssisələrinin torpaq və digər resurslarından istifadə edərək müştərək elmi tədqiqat və təsərrüfat işlərinin aparılması və digər məsələlərlə bağlı tapşırıqlar verib.

Növbəti məsələ Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının strukturunda qismən dəyişiklik edilməsi haqqında olub. Təşkilatın bəzi şöbələrinin adları dəyişdirilib, Ulduz atmosferləri fizikası və maqnetizm, Qoşa ulduzlar və eruptiv proseslər, Qalaktikalar və ulduzəmələgəlmə prosesləri adlı yeni şöbələr yaradılıb.

AzVision.az

Teqlər: AMEA   Şamaxı   Rəsədxana  


Rubrikanın digər yazıları